Cərəyan vurması nəticəsində həyatını itirən Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin başçısı Ferdi Zeyrekin ölümü ilə bağlı istintaq başladılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

O bildirib ki, Manisa Respublika Prokurorluğu tərəfindən başlanan istintaqa bir baş prokuror müavini və iki prokuror təyin olunub, bu günədək 12 nəfərin ifadəsi alınıb və iki nəfər saxlanılıb.

Həmçinin, istintaq elektrik və mühərrik mühəndislərindən ibarət ekspert heyəti tərəfindən də əhatəli şəkildə davam etdirilir.