ABŞ prezidenti Donald Tramp “New York Post”un “Pod Force One” podkastında çıxışı zamanı növbəti dəfə Rusiya lideri Vladimir Putinlə əla münasibətlərindən danışıb.

"Unikal" xəbər verir ki, o, bunu iki lider arasında iyunun 4-də baş tutan və Ukraynadakı münaqişənin həllinə həsr olunmuş söhbəti kontekstində deyib.

"Biz daha çox müharibə və onu necə bitirmək barədə danışırdıq. Onunla əla münasibətim var. Və 2020-ci il ABŞ prezidenti (Co Baydeni  nəzərdı tutur, - red.) seçkiləri saxtalaşdırılmasaydı, bu müharibə heç vaxt baş verməzdi", - Tramp əlavə edib.