Suriyaya hərbi müdaxilə qərarının vaxtı bəlli oldu
11:10 03-09-2013
İQTİSADİYYAT
Suriyaya hərbi müdaxilə qərarının vaxtı bəlli oldu
ABŞ ölkəni mühasirəyə alır, Bəşər Əsəd ətrafında çəmbər daralır
"Sentyabrın 9-a qədər Suriyaya hərbi müdaxilə ilə bağlı ABŞ Konqresində müvafiq qərar qəbul olunacağını düşünürəm". Bunu ABŞ-dan olan politoloq Coşua Volker bildirib.
Amerikalı politoloq deyib: "Biz Suriya xalqının bu ölkəyə hücüm edilməsi tarixini indidən bilməsini istəmirik. Ancaq böyük ehtimalla yaxın gələcəkdə Suriyaya hərbi müdaxilə reallaşacaq. Hazırda İsrail tərəfi də konqresin bununla bağlı qəbul edəcəyi qərara görə bir qədər həyəcanlıdır. Çünki İsrail tərəfi anlayır ki, Suriyaya hərbi müdaxilə olacağı təqdirdə Bəşər ?səd Birləşmiş Ştatları vura bilməyəcək, ancaq İsraili vura bilər. Düşünürəm ki, Suriyaya hərbi müdaxilədən sonra bu ölkədə xaos yaranmayacaq. ?gər məndən 2 il əvvəl də soruşsaydınız, deyərdim ki, Suriyaya hərbi müdaxilə olacaq. Çünki Bəşər Əsəd diktatordur".
ABŞ Suriyanı
mühasirəyə alır
Dünən o da məlum olub ki, ABŞ-a məxsus "USS Nimitz" təyyarədaşıyan gəmisi başda olmaqla 6 hərbi gəmisi Qırmızı dənizsən Aralıq dənizi istiqamətində hərəkətə keçib.
Xarici medianın məlumatına görə, bu hərbi gəmilər Suriyaya qarşı keçiriləcək əməliyyatda ehtiyat qüvvə missiyasını yerinə yetirəcək.
Qeyd edək ki, hazırda Aralıq dənizində ABŞ hərbi donanmasının Suriyaya raket zərbəsi endirə biləcək 5 döyüş gəmisi var.
Obama: "Hücum
qərarı vermişəm"
ABŞ prezidenti Barak Obama bildirib ki, o, kimyəvi silah hücumlarına görə Birləşmiş Ştatların Suriya hökumətinə qarşı hərbi addım atmasına dair qərar verib.
Ağ Evdə televiziya vasitəsilə çıxış edən prezident Obama deyib ki, qeyri-məhdud hərbi müdaxilə olmamalıdır və ABŞ quru qoşunları Suriyaya göndərilməyəcək. Obamanın sözlərinə görə, genişliyi və müddəti baxımından Birləşmiş Ştatlar hərbi müdaxiləsi məhdud olacaq.
Ancaq prezident deyib ki, onun bu qərarı Konqres tərəfindən təsdiq edilməyənədək heç bir hərbi müdaxilə həyata keçirilməyəcək.
Prezidentin sözlərinə görə, kimyəvi silahla edilmiş "vəhşilik" yalnız araşdırılmamalıdır, həm də ona cavab verilməlidir.
O deyib ki, Birləşmiş Ştatlar Dəməşqdə baş verənlərə göz yuma bilməz. Prezident habelə Konqres üzvlərini ABŞ-ın Suriyaya cavabını nəzərdən keçirərkən bəzi şeylərin partiyalararası fikir ayrılığından daha vacib olduğunu nəzərə almağa çağırıb.
Daxil olan məlumatlara görə, Barak Obamanın çıxışını Suriya dövlət televiziyası da canlı yayımlayıb.
Suriya Türkiyə və
İsraili hədələdi
Suriyanın rəsmi media orqanları ölkəyə hərbi müdaxilə olacağı halda İsrail, Türkiyə və Şimali Kiprə raket zərbələri endirələcəyi barədə xəbərdarlıq edib.
Suriya raket zərbələri ilə yanaşı ABŞ-ın bölgədki müttəfiqlərinə qarşı terror hücumu da etmək niyyətindədir.
Suriya ordusunun raket hücumunun hədəfi Türkiyə və İsrailin hərbi obyektləri olacaq. İsrail mediasının məlumatına görə, Suriyanın dövlət televiziyasında raketlərlə vurulacaq hərbi obyektlərinin şəkillərini yayıb.
Rusiya ABŞ-ın
təqdim etdiyi
sübutlara inanmadı
ABŞ Rusiyaya Suriya rejiminin kimyəvi hücumu haqqında sübutlar təqdim edib. Ancaq Moskva onları qəbul etməkdən imtina edib. "İnterfaks"ın verdiyi məlumata görə, bu haqda məlumatı ABŞ-ın dövlət katibi Con Kerri verib: "Biz kimyəvi hücumla bağlı sübutları Rusiyaya təqdim etdik. Onlar bu faktları ictimai şəkildə qəbul etmək istəmədilər".
"Düşünürəm ki, ruslar Əsədin xətti keçdiyini qəbul edəcəklər. Ümid edirəm ki, onlar faktları qəbul edəcəklər və Əsədin məsuliyyətə cəlb edilməsi üçün biz birgə işləyəcəyik" - Kerri deyib.
Merkel: "Almaniya
hərbi hücumda
iştirak etməyəcək"
Almaniya Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Suriyaya hərbi müdaxiləyə qoşulmayacaq. Bunu Almaniya kansleri Anqela Merkel 22 sentyabrda keçiriləcək seçki ərəfəsində təşkil olunan teledebatda bəyan edib. "Xeyr, Almaniya hərbi hücumda iştirak etməyəcək. Lakin Almaniya yalnız NATO yaxud BMT mandatı, ya da Avropa mandatı olarsa iştirak edə bilər. Biz əlimizdən gələni edirik və ona görə də şadam ki, BMT prosesinin başladılmasına bir neçə gün qalıb", - deyə Anqela Merkel bildirib.
90-dəqiqəlik teledebatda Anqela Merkel və onun mərkəz-sağçı rəqibi Peer Ştaynbürek iqtisadi siyasətə və böhrandan çıxış yollarına dair məsələlərdə fikir ayrılığı nümayiş etdirsələr də, məhz Suriya məsələsində həmrəy olublar. Merkel iştirak üçün BMT yaxud NATO mandatının vacibliyini qeyd etsə də, Peer Ştaynbürek kansler olacağı təqdirdə heç bir şərt altında Suriyaya hücumda iştirak etməyəcəklərini vurğulayıb.
İordaniya parlamenti Suriyaya müdaxilənin əleyhinə çıxdı
İordaniyada 77 millət vəkili Suriyaya hazırlanan hərbi müdaxiləyə qarşı çıxdıqlarını bəyan etdilər.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, 150 nəfərlik İordaniya parlamentində keçirilən xüsusi iclasda Suriyaya hərbi müdaxilə müzakirə olunub.
Müdaxiləyə qarşı çıxan 77 millət vəkili, bununla bağlı hazırladıqları qanun layihəsini hökumətə təqdim edib.
Layihəyə imza atan millət vəkilləri, hərbi müdaxilə nəticəsində Suriyada yaranacaq böhranının İordaniyaya təsir etməməsi və bu təsirin qiymətləndirilməsi üçün xüsusi iclasın təşkil olunması tələbini irəli sürüblər.
Qeyd edək ki, İordaniya qanunlarına və Parlamentin daxili nizamnaməsinə görə, verilən təklifin hökumət üzərində məcburi qüvvəsi yoxdur.
Fransa Suriya barədə hansı hesabat yaydı?
Bu arada Fransa DGSE kəşfiyyat xidmətinin hazırladığı dörd səhifəlik hesabatda, Suriyada Əsəd rejiminin əlində min ton kimyəvi silah ehtiyatının olduğu bildirilir. DGSE, avqustun 21-də Suriyanın paytaxtı Şam şəhərində kimyəvi silahla hücumların təşkil edildiyinə dair dəlillərə malik olduğunu açıqlayıb.
Fransanın "Le Journal du Dimanche" qəzeti, DGSE-nin hazırladığı hesabatın bəzi hissələrini dərc edib.Qəzetin məlumatına görə, hesabatda kimyəvi silah ehtiyatının saxlandığı obyektlərin yerlərini göstərən xəritə də dərc edilib.
Kəşfiyyatın məlumatına görə, Suriya dünyanın əməliyyat xüsusiyyətli kimyəvi silah ehtiyatına sahib ölkələrinin də başında gəlir. Rejimin əlində yüzlərlə ton kimyəvi silaha çevrilməyə hazır xardal və sarin qazları da var.
Hikmət Çətin:
"Türkiyə Suriyaya
hərbi müdaxilədə yer almamalıdır"
Türkiyə Suriyaya hərbi müdaxilədə yer almamalıdır. Bunu dünən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
H.Çətin bildirib ki, ABŞ və Avropa Suriyadan uzaqdadırlar: "Onlar bu ölkədə əməliyyatlar keçirəcəklər, sonra da oradan çıxacaqlar, Türkiyə isə Suriya ilə bir yerdə qalacaq. Ona görə Türkiyənin bu məsələyə qarışmaması lazımdır".
Hikmət Çətin onu da əlavə edib ki, Suriyaya hücum etməzdən əvvəl BMT missiyanın kimyəvi silahdan istifadə olub-olmadığını müəyyənləşdirməlidir. Keçmiş nazir hesab edir ki, əgər Suriyada kimyəvi silahdan istifadə təsdiqlənərsə, bütün dünya bununla bağlı birgə addımlar atmalıdır.
Suriya diktatorunun
yanında təcrübə keçdiyi göz həkimindən
sensasion açıqlamalar!
"Bəşər Əsəd güclü lider xarakterinə sahib deyildi. Çox kübar, amma gücsüzdü. Məncə həkim olaraq qalmalı idi". Bunu isə Suriya lideri Bəşər Əsədin Londonda yanında təcrübə keçdiyi yanında təcrübə keçdiyi göz həkimi Edmund Şhulenburq deyib.
Əsəd İngiltərənin şahzadələrin doğulduqları xəstəxana kimi tanınan "St Marys" xəstəxnasının göz cərrahiyəsi şöbəsində 1992-ci ildə 18 ay təcrübə keçib.
Həkimin sözlərinə görə, o zaman Bəşər Əsəd indiki imicindən çox uzaq olub. "O duyğusal, dəqiq və çox kübar bir gənc idi. Onduqca sadə idi. Suriyadakı həyatından, ailəsindən heç bəhs etməz, amma sual verildikdə dəqiq cavab verərdi. Onun dövlət başçısının oğlu olduğu hiss edilmirdi".
Oftalmoloq Şhulenburqun Əsədin gənc həyat yoldaşı Əsma Əsəddən də çox xoşu gəlib. Onun sözlərinə görə, Suriyanın birinci xanımı çox diqqətcil və ağıllıdır. "Biz 2005-ci ildə Dəməşqə səfər etdik. O rəsmi maşınla bizi hava limanından gətizdirdi. O, Suriyanı modern bir ölkəyə çevirməyi planlaşdırırdı. O əsla kimyəvi silahdan istifadə etməzdi. Bu barədə qərarı başqaları vermiş ola bilər".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40