Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə yüksək vəzifəli diplomatik mənbə açıqlayıb.

Qeyd olunur ki, Ermənistanın baş nazirinin Türkiyəyə səfəri iyunun 20-nə planlaşdırılıb: "Paşinyan və Ərdoğan Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini müzakirə etməyi planlaşdırır. Gündəliyə İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması ilə bağlı bir sıra digər məsələlər də daxildir".

Ağarza Elçinoğlu