Ən azı altı iranlı nüvə alimi İsrailin zərbələri nəticəsində həlak olub.

"Unikal" xəbər verir ki,  bu  barədə "Tasnim" agentliyi məlumat yayıb. 

Onlar Abdolhamid Minuçehr, Ahmadreza Zolfaghari, Amirhüseyn Faqhi, Motlabizadə, Mohammad Mehdi Tehranchi və Fereydun Abbasidir. 

***08:41

İsrail İranın nüvə və hərbi obyektlərinə irimiqyaslı zərbələr endirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Silahlı Qüvvələri Tehran, Natanz və digər şəhərlərə hücum edib.

Böyük hərbi və elm xadimlərinin həlak olduğu bildirilir. İsrail fövqəladə vəziyyət elan edib və ehtiyat qüvvələrini səfərbər edir. ABŞ hərbi əməliyyatda iştirakını inkar edir, İran isə cavab zərbəsi endirməyə hazırlaşır.

"İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində islam ölkəsinin nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Fereydun Abbasi həlak olub", - məlumatda qeyd olunub. 

Gülayə Mecid