ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumlarından sonra verdiyi ilk açıqlama ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, hadisələr fonunda "Fox News" telekanalına danışan Tramp İranla nüvə müzakirə prosesini davam etdirəcəklərini ümid etdiklərini bildirib.
"İranın nüvə bombası ola bilməz və biz danışıqlar masasına qayıdacağımıza ümid edirik. Baxacağıq. Rəhbərlikdə geri dönməyən bir neçə adam var", - Tramp qeyd edib.
İsrailin İrana hücumlarına Tehrandan cavab gözlədiyini qeyd edən Tramp, “Lazım gələrsə, İsraili müdafiə edəcəyik”,- deyə yekunlaşdırıb.
Gülayə Mecid