İsrail bu gecə İrana hücum zamanı Təbriz şəhərini də hədəf alıb.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
İsrail Təbriz neft emalı zavodunun ətrafında, hava limanının şimal-qərbində, Təbrizdəki Şəhid Fəkuri aviabazasının yaxınlığında, Kərəmələk, Dizelabad, Aşura mühafizə postu və Hasban mühafizə məntəqəsi, həmçinin Marağa müşahidə məntəqəsində hava hücumundan müdafiə sisteminə hücum edib.
Şərqi Azərbaycan böhranının baş direktoru Məcid Fərşi Şərqi Azərbaycanda üç hərbi dairə və qarnizonun hücuma məruz qaldığını bildirib.
O, jurnalistlərə bildirib ki, İsrailin Təbrizə hücumları nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Hücumlar Saydabaddakı Şəhid Kərimi qarnizonu, Amandadakı Əl-Zəhra qarnizonu və Sarrod radar mərkəzini hədəf alıb.
Ağarza Elçinoğlu