İsrail Müdafiə Qüvvələri (İDF) indiyədək İranın yəhudi dövləti istiqamətində atdığı bütün pilotsuz təyyarələri ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı rəsmi açıqlamaya istinadən məlumat yayıb. 

Bəyanatda deyilir: "İrana edilən hücumların qarşısının alınmasından sonra bütün İran pilotsuz təyyarələri İsrailə doğru atılıb. İran 100-dən çox pilotsuz uçan aparatı buraxdı və sonra onların hamısı tutuldu".

İsrail ordusu ballistik raketlərin İsrailə atılmadan əvvəl İranda məhv edildiyini də açıqlayıb. 

Bu fonda İsrail hakimiyyəti təhlükəsizlik səbəbilə hava məkanını bağlamaq qərarına gəlib. 

Ağarza Elçinoğlu