Xəbər verdiyimiz kimi, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar. 

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki,  Elşən Əliyev ürək-damar cərrahıdır və “Lazur Hospital”, “Real Hospital”, eləcə də “Alo Klinika” kimi bir sıra özəl klinikalarda çalışıb.

*** 16:56

Sosial şəbəkədə narkotik satan şəxslər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib. Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif otellərdə gecələdiyi müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.