İtaliyanın "Yuventus" klubu baş məşqçi İqor Tudorla bağlı qərarını açıqlayıb.

"Unikal" xəbər verir ki, Turin təmsilçisi xorvatiyalı mütəxəssislə müqavilə yenilədiyini bəyan edib.

Tudorun müddəti 2027-ci ilin yayına qədər olan sazişə imza atdığı bildirilib. Anlaşmanın daha 1 il müddətinə uzadılması da nəzərdə tutulub.

Tudor martın 23-dən indiki postundadır. O, uğursuz nəticələr səbəbindən istefaya göndərilən Tyaqo Mottanı əvəzləyib.

"Yuventus" A Seriyasındakı mübarizəni 4-cü pillədə başa vurub. "Ağ-qaralar" 38 oyuna 70 xal toplayıblar.