İsrailin İrandakı hərbi əməliyyatı İranın Fordo nüvə obyektinin ləğvi ilə başa çatacaq.

"Unikal" xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yeçiel Leyter "Fox News" telekanalının efirində deyib.

Diplomat vurğulayıb ki, Fordo İranda ən çox qorunan obyektdir. O, zənginləşdirilmiş uran və silahların saxlandığı yerin dərinliklərində yerləşir.

"Ümid edirik ki, İran rejimi özünə gəlib deyəcək: "Yaxşı, sizə bir mesajımız var. Biz davam etməyəcəyik. İçəri girin, Fordonu məhv edin, bu infrastrukturu məhv edin və biz də davam edə bilərik", - səfir bildirib.