ABŞ Prezidenti Donald Tramp İran rəsmilərinin ona zəng edərək Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə etməyi xahiş etdiklərini açıqlayıb.

"Unikal" xəbər verir ki, Tramp bu haqda “NBC News” telekanalının efirində deyib. 

Qeyd edib ki, İsrailin zərbələrindən sonra İran  İslam Respublikasının rəsmiləri ona bu cür təkliflərlə müraciət edirlər. 

"Mənlə sövdələşmə haqqında danışmaq üçün zəng edirlər. Baxacağıq”, - ABŞ dövlət başçısı bildirib.