"Emirates Air Arabia" aviaşirkəti iyunun 14-dək Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Gürcüstan, İordaniya, İraq, İran, Qazaxıstan, Qırğızıstan və Özbəkistana uçuşları dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə aviadaşıyıcı məlumat yayıb.
Bildirilir ki, uçuşların dayandırılması barədə qərar Yaxın Şərqdə "mövcud vəziyyət və hava məkanının bağlanması səbəbindən" verilib.
"Air Arabia" həmçinin digər ölkələrə bəzi reyslərin gecikdiyini və ya marşrutunun dəyişdirildiyini bildirib.
Aviaşirkət Əbu-Dabi, Şarja və Ras əl-Xaymədən uçuşlar həyata keçirir.