Goranboyda yük avtomobili minik maşını ilə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Xan Qərvənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, Azərbaycan Ordusuna məxsus "Kamaz" "Chevrolet" markalı minik maşını ilə toqquşub. Qəzadan sonra yük maşını kənd üçün yeni çəkilmiş internet xəttinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə və internet xəttinə ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov