Yaxın Şərqdə müharibə təhlükəsi gerçəkləşir
09:56 04-09-2013
CƏMİYYƏT
Yaxın Şərqdə müharibə təhlükəsi gerçəkləşir
Rusiya mətbuatının yazdığına görə, Müdafiə Nazirliyi yerli vaxtla səhər saatlarında Aralıq dənizində iki ballistik raket aşkar etdiklərini açıqlayıb.Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə bu barədə təcili hesabat verib.
Rusiyanın Dəməşqdəki səfirliyindən, eləcə də Pentaqon Aralıq dənizinə yerləşdirilən raketlərdən xəbərsiz olduqlarını bildirib.NATO isə Aralıq dənizinə ballistik raket yerləşdirilməsi xəbərini dəqiqləşdirməyə çalışır.
Suriyaya qarşı hərbi əməliyyatların başlanması ehtimalının nə dərəcədə gerçək olmasını araşdırmaq məqsədilə analitiklərə müraciət etdik. Tanınmış politoloq Qabil Hüseynli hesab edir ki, Suriyaya hərbi müdaxilə labüddür və onun gerçəkləşməsi zaman məsələsidir. Bu yöndə fikirlərini "Unikal"la bölüşən politoloq hesab edir ki, "Suriyaya hərbi müdaxilə artıq qaçılmaz bir addıma çevrilib və bu proses hökmən baş verəcək. Bu ölkədə baş verən qanlı olaylar sübut etdi ki, Bəşər Əsəd ərəb diktatorlarının içində ən qanlı başçı imiş. Onun göstərişi ilə Suriya ordusu yüz mindən çox insanın ölümünə səbəb olub. Buna görə də onu olduqca pis aqibət gözləyir".
Politoloqun sözlərinə görə, "Hərbi müdaxilə başlayandan sonra Suriyanın parçalanmsı baş verə bilər. İndiki mərhələdə orada kürdlər və türkmənlər çox ciddi qüvvə hesab olunur və onların müəyyən muxtariyyətə can atmaları istisna edilmir. Kürdlərin əsas məqsədi İraqda olduğu kimi, müdaxilədən sonra muxtariyyət əldə etməkdir. Buna görə də Türkiyə bu dəfə çevik davranmalı və İraqa müdaxilə zamanı buraxdığı bağışlanmaz səhvi Suriyada buraxmamalıdır. Türkiyə İraqa girən dövlətlərin içində olsaydı, bu gün İraqın şimalında kürd muxtariyyəti olmazdı. Bu muxtariyyət forma olaraq bağdada tabe olsa da, mərkəzlə qətiyyən hesablaşmır, ərazidəki türkmənlərə qarşı soyqırımı yürüdür, müstəqil neft siyasəti aparır. Ona görə də Türkiyə bu dəfə qorxaq davranmamalıdır".
Politoloqun fikrincə, "Suriyaya müdaxilə uzun zaman aparmayacaq və İraqla müqayisədə xərci də xeyli az olacaq. Faktiki olaraq, İranla Rusiya bu müdaxilənin qarşısını almaq iqtidarında deyil".
Tanınmış politoloq Rasim Ağayevin "Unikal"a söylədiyinə görə, "Əslində, Amerika dünyanın bir çox nöqtələrinə hərbi müdaxilə ilə məşğul olur və bu baxımdan Suriya da istisna deyil. Məsələ burasındadır ki, Suriyada bu günə qədər Əsəd rejiminə qarşı vuruşan müxalifət ordusunun haradan maliyyələşməsi, silah, sursat və yanacaq, ərzaq əldə etməsini diqqətlə araşdırsaq, mənzərə tamamilə aydın olar. İndiki halda isə söhbət Amerikanın Suriyaya birbaşa hərbi müdaxiləsindən gedə bilər. Amerikanın prezidenti Barak Obamanın çıxışları bir daha sübut edir ki, onun Suriyaya hərbi müdaxilə barədə qərarı qətidir".
Politoloqun fikrincə, "ABŞ Konqresində gözlənilən müdaxilə barədə qərarın qəbul edilməsi də Obamanı o qədər narahat etmir. Görünür, bu baxımdan tam arxayındır. İndki halda Obamanı narahat edən məsələ beynəlxalq müttəfiqlərin axtarışı və tapılmasıdır. Məlum olduğu kimi, Almaniya və İngiltərə Suriyaya hərbi müdaxilənin əleyhinədir. Bununla belə, hesab edirəm ki, yaxın 5-6 gündə situasiya tamamilə aydınlaşacaq".
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00