Vəfa Quluzadə: "Sərkisyan kimdir ki, Putin onunla Qarabağı müzakirə etsin?"
09:57 04-09-2013
CƏMİYYƏT
Vəfa Quluzadə: "Sərkisyan kimdir ki, Putin onunla Qarabağı müzakirə etsin?"
"Sərkisyan Putinlə görüşə hakimiyyətdə qalması üçün minnətə gedir". Bunu tanınmış politoloq Vəfa Quluzadə Ermənistan prezidenti Serj Sərkisyanın Moskva səfərini şərh edərkən bildirib. Vəfa Quluzadənin fikrincə, Sərkisyan Putinlə görüşdə hakimiyyətdə qalmaq üçün köməklik istəyəcək.
Politoloq Ermənistan və Rusiya prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı haqda rəsmi Kremlin açıqlamasında münasibət bildirib.
V.Quluzadə deyib ki, bu görüşdən Qarabağ məsələsində barədə yenilik gözləməyə dəyməz:
"Sərkisyanın Putinlə görüşünün, Qarabağ məsələsin müzakirə etməsi bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki Putin Bakı səfərində Qarabağ məsələsi ilə bağlı heç bir ciddi mesaj vermədi. Sərkisyanın Moskvaya getməsinin əsas səbəbi ondan ibarətdir ki, onun vəziyyəti Ermənistanda çox pisdir. Bu ölkənin iqtisadiyyatı dağılıb, camaatı da ölkədən qaçır. Xalq Sərkisyanı devirmək istəyir. O baxımdan Putin Sərkisyanla məsləhətləşəcək ki, onu hakimiyyətdə necə saxlasınlar. Səfərin əsl məqsədi Sərkisyanın hakimiyyətdə qalması üçün Putindən köməyə gedir.
Qarabağ məsələsinə gəlincə, əslində belə bir müzakirə yoxdur. Putin Sərkisyanla nə müzakirəsi aparacaq? Rusiya istəsə Sərkisyan kimdir ki, onunla da məsləhətləşsin? Nə vaxt ki, Putin kreslosundan uzaqlaşdırılacaq yeni mərhələ açıla bilər Qarabağ məsələsində".
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Sərkisyanın Moskva səfəri ilə bağlı rəsmi açıqlamasında bildirib ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22