İsrailin müdafiə naziri Israil Katz İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə növbəti dəfə xəbərdarlıq edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Katzın sözlərinə görə, Xameneinin taleyi  2003-cü ildə devrilmiş İraq prezidenti Səddam Hüseyn kimi ola bilər. 

"Mən İran diktatorunu müharibə cinayətləri törətməyə və mülki İsrail sakinlərinə qarşı raketlər atmağa davam etməməsi barədə xəbərdarlıq edirəm. O, İsrail dövlətinə qarşı eyni yolu seçmiş İranın qonşu ölkəsindəki diktatorun taleyini xatırlasa yaxşı olar ", - Katz ifadə edib. 

O qeyd edib ki, İsrail bundan əvvəl də İranın dövlət teleradio şirkətinin İRİB-in Tehrandakı qərargahına zərbələr endirib. İranın digər hökumət strukturları da hədəfə alına bilər.

Gülayə Mecid