İranın İsrailə raket hücumları nəticəsində 24 nəfər ölüb, 647 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu  barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. 

"Onlardan 37 nəfərin vəziyyəti orta ağırdır, 600-dən çoxunun isə yüngül xəsarət aldığı bildirilir", - məlumatda deyilir.

Mətbuat ofisinin məlumatına görə, İran raketlərinin təxminən 35 yerə düşdüyü qeydə alınıb və ümumilikdə İran dörd gün ərzində İsrailə 400-ə yaxın raket və yüzlərlə pilotsuz uçan aparat atıb.

Bundan əvvəl, iyunun 16-da İsraildə 592 nəfərin yaralandığı bildirilirdi.