Neft qiymətləri artımını sürətləndirib.
"Unikal" xəbər verir ki, investorlar İran-İsrail münaqişəsinin neft tədarükü üçün eskalasiyasının nəticələrindən ehtiyat edərək "qara qızıl"ın qiymətini artırıb.
Londonun "ICE Futures" birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 2,05 dollar (2,8%) artaraq bir barel üçün 75,28 dollar təşkil edib.
Nyu-York əmtəə birjasında iyul ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 1,75 dollar (2,44%) artaraq 73,52 dollar/barelə çatıb.