İran ABŞ-nin istənilən hərbi müdaxiləsinə cavab verəcək.

"Unikal" xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciətində deyib. 

O,  bildirib ki, İran ABŞ-yə düzəlməz ziyan vura bilər.  Xamenei İranın təslim olmaq niyyətində olmadığını da vurğulayıb.