Valeh Ələsgərov haqqında şok iddia
09:49 05-09-2013
İQTİSADİYYAT
Valeh Ələsgərov haqqında şok iddia
Vitse-premyerə məxsus torpaq sahəsində narkoplantasiya aşkarlanıb?
Dünən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov haqqında şok iddia irəli sürülüb. İddianın müəllifi isə moderator.az saytıdır.
Saytın yazdığına görə, Milli Məclisin vitse- spikeri Valeh Ələsgərovun torpaq sahəsindən narko plantasiya aşkar edilib. Samux Rayon Polis Şöbəsinin əməkdaşları Valeh Ələsgərovun doğulduğu Karayeri kəndində əməliyyat keçirib.
Əməliyyatçılar Valeh Ələsgərova məxsus olan torpaq sahəsində qardaşı Rasim Ələsgərovun sahibi olduğu yeməkxanada "Kiprit" qutularında dolu olan bir neçə karobka marixuana aşkar edərək götürüb. Samux polisinin əməliyyatçıları restoranın ərazisində ki, sahəyə baxış keçirərək, xüsusi qaydada becərilmiş olan 9 ədəd çətənə kolu aşkarlayaraq maddi sübut kimi də götürüblər.
Karayeri qəsəbəsində keçirilmiş əməliyyatla bağlı 4 nəfər kənd sakini barəsində Cinayət Məcəlləsinin 234-cü maddələri ilə cinayət işi qaldırılaraq, barələrində Samux Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Həbs edilənlərdən Samux rayonunda eləcə də ətraf rayonlarda "Narko Baron" kimi tanınan Nazim adlı şəxs narkoticarətə rəhbərlik etməsi üzə çıxıb.
Mənbəmiz onu da bildirib ki, nədənsə polis Rasim Ələsgərovu saxlamağa tələsmir. Görünür, bu fakt onun qardaşının vitse-spiker olması ilə bağlıdır.
Onu da qeyd edək ki, vitse-spikerin torpağına bitişik sahədə də plantasiya aşkarlanıb. Həmin sahənin sahibi Vüqar Qoşqarov da azadlıqdadır.
Dünən qəzetimiz çapa gedən anadək bu haqda hər hansı rəsmi mövqe açıqlanmayıb.
"Unikal" olaraq, xatırladırıq ki, bir müddət əvvəl mətbuat Valeh Ələsgərovun kəndinin problemlər bataqlığında çabaladığını və vitse-premyerin həmin problemlərlə maraqlanmadığını, həlli istiqamətində heç bir addım atmadığını yazmışdıq. Karayeri qəsəbəsi sakinləri bildirmişdilər ki, onları iki problem daha ciddi narahat edir; elektrik xətlərinin təhlükəli vəziyyəti və susuzluq.
Onların sözlərinə görə, qəsəbədəki elektrik xətlər bir çox yerdə kobud, təhlükəsizlik qaydalarının pozulması ilə vətəndaşlar tərəfindən çəkilib. Buna isə nəzarət edilmədiyindən təhlükə mənbəyi olaraq qalır: "Xətlər meyvə ağaclarına dolaşıb. Bunun isə nə demək olduğunu hər kəs bilir, bir işıq idarəsindən başqa".
Su təminatında yaranan problem isə subyektiv amillərə söykənir. Qəsəbə sakinləri deyir ki, bir hektar ərazinin suvarılması üçün qabaq 1 manat alırmışlarsa, indi "artezian idarəsi" 20 manat tələb edir. Ancaq bu da son deyil, bu qədər baha satılan su da ayrı-seçkiliklə verilir: "Idarənin Gülağa adlı rəhbəri var. O açıq-aşkar deyir ki, buranın ağası mənəm, atam 25 il ağa olub, mən də o qədər varam. 3-4 artezian quyusunun açarı onun qohumlarındadır. Onlar da öz böyük ərazilərin suvarırlar, bizim kimi 2-ci sort vətəndaşların isə təsərrüfatı susuz məhv olur".
Karayerililər bildirmişdilər ki, üzləşdikləri çətinliklərlə bağlı dəfələrlə dövlət orqanlarına şikayət ediblər. Buna baxmayaraq onları dinləyən yoxdu: "Spikerin müavini Valeh Ələsgərov bu kənddəndir. Barı öz kəndinin qayğısına qalsın".
İndi maraqlı odur ki, vitse-spikerin doğulduğu kənddə torpaq sahələri var, ən yaxınları yaşayırsa, o, ən azı bu səbəbdən kəndinin sosial problemlərinin həlli istiqamətində addımlar ata, köməkliklər edə bilməzdimi?
Ən sonda isə onu qeyd edək ki, Valeh Ələsgərovun adı ilk dəfə deyil, hansısa narkotik məsələsində hallanır. Belə ki, təxminən iki il əvvəl vitse-spikerin Musa adlı bacısı oğlunun Samux rayonunda narkotik ittihamı ilə həbs edildiyi barədə ölkə mətbuatında xəbərlər dərc edilmişdi. Sonradan mətbuat yazdı ki, həmin vaxt V. Ələsgərovun bacısı oğlunu azadlığa buraxdırmağa çalışmasını media işıqlandırandan sonra, prokurorluq cinayət işini məhkəməyə göndərib.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40