İranın ali dini lideri Ayətullah Əli Xameneinin yeri İsrailin hədəfində olmayıb - bunlar şayiələrdir.

"Unikal" xəbər verir ki, bu barədə İranın Fars dövlət agentliyi məlumat yayıb.

"Ali Rəhbərin İran xalqına müraciətindən sonra İsrail mediasında onun yerinin aşkar edilərək hədəfə alındığı barədə şayiələr yayılmağa başlayıb. Mənbələrin absurd və əsassız adlandırdığı məlumatı əks etdirən bu iddia İranın Ali Rəhbərinin bugünkü qəti bəyanatları ilə bağlı ABŞ və İsrailin çaşqınlığını göstərir", - agentliyin açıqlamasında deyilir.