İsrail İranın şimalında Xəzər dənizi sahilində yerləşən Rəşt şəhərinə zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Rəştdəki Sefidrood Sənaye Parkının ərazisi bu gün səhər tezdən düşmən qüvvələri tərəfindən hücuma məruz qalıb", - Gilan vilayəti qubernatorunun müavini Əli Baqeri deyib.

Dəyən ziyan barədə məlumat verilməyib.