İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 9-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.

"Unikal"  bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 10 daşınar və 6 daşınmaz əmlak çıxarılacaq. Bunlar, 11 avadanlıq və 5 torpaq səhəsidir.

Əmlakların start qiyməti 2 000 – 125 900 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər iyulun 4-nə qədər qəbul olunacaq.