Arif Əsgərov çıxılmaz vəziyyətdə qalıb
10:12 05-09-2013
CƏMİYYƏT
Arif Əsgərov çıxılmaz vəziyyətdə qalıb
Bakı-Qars dəmiryol xətti hələdə təhvil verilmir
Ələşrəf Lütfəlibəyov deyəsən toxunulmamazlıq statusundan istifadə edərək Arif Əsgərovu çıxılmaz duruma salıb. Söhbət "Azərdəmiryol Servis" MMC-in direktoru Ələşrəf Lütfəlibəyovdan gedir. Xatırladaq ki, "Azərdəmiryol Servis" MMC dövlət üçün strateji əhəmiyyət kəsb edən Bakı-Qars dəmiryol xəttinin tikintisinə məsuldur.Amma dövlət səviyyəsində müəyyənləşdirilmiş qrafik Ələşrəf Lütfəlibəyov tərəfindən pozulub və bu günə qədər tikinti işləri sona çatmayıb.
Milyonlarla manat pul xərclənsədə hələ də real nəticələr yoxdur. Mənbənin dediyinə görə bunun bir sıra səbəbləri var. İlk ciddi səbəb budur ki, tikinti üçün nəzərdə tutulan maliyyə tam olaraq tikintiyə yönəldilmir. Qarşılığında isə Ələşrəf Lütfəlibəyov Rusiyada yeni biznes şəbəkəsi yaradıb. Bundan başqa aydın olub ki, tikintiyə cəlb olunan işçilərin böyük bir hissəsi ümumiyyətlə mövcud deyillər. Sadəcə olaraq bunlar ölü canlardır və onların adına yazılan əmək haqları mənimsənilir. Çox qəribədir ki, bu tikintinin tez başa çatmasında maraqlı olan Arif Əsgərov Ələşrəf Lütfəlibəyova təsir edə bilmir. Yuxarı dairələrdə özünə himayə tapan MMC rəhbəri istədiyini həyata keçirə bilir və zaman-zaman yuxarıdakı himayədarlarının imkanlarından yararlanır. Mənbənin dediyinə görə əslində Ələşrəf Lütfəlibəyov yuxarıdakı himayədarlarınıda aldadır. Belə ki, tikintiyə daha çox vəsait xərclədiyini iddia edən MMC rəhbəri mənimsədiyi vəsaitlə başqa şəxslərin adına ticarət obyektləri alıb. Bununla bağlı araşdırmamızı izləyin.
Toğrul
Digər Xəbərlər
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30