İranın ali dini lideri Ayətullah Əli Xamenei sui-qəsd cəhdi halında vəzifəsinin başına keçmək üçün üç namizəd seçib.

"Unikal" xəbər verir ki, bu barədə "New York Times" Tehrandakı mənbələrinə istinadən yazır.

Məqalə müəllifləri iddia edirlər ki, Xamenei ali rəhbər vəzifəsinə namizəd kimi üç yüksək səviyyəli ruhani seçib, həmçinin yüksək rütbəli məmurların növbəti sıradan çıxarılması halında hərbi komandanlıq silsiləsində varislər barədə də qərar verib. Lakin onun varislərinin adı açıqlanmayıb. 

"Ölkə hazırda müharibə vəziyyətindədir, ayətullah sürətli, nizamlı keçidi təmin etmək və öz mirasını qorumaq istəyir", - KİV yazıb. 

Bildirilir ki, Xamenei hazırda yeraltı bunkerində gizlənib və komandirləri ilə daha çox etibarlı adam vasitəsilə əlaqə saxlayır.  

Bundan əvvəl media Əli Xameneinin çox məxfi elit bölmənin mühafizəsi altında xüsusi mühafizə olunan yerə köçürüldüyünü yazmışdı. 

Gülayə Mecid