Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Palatadan bildirilib.

İclasda Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji Planına uyğun olaraq dövlət auditinin rəqəmsallaşdırılması və böyük verilənlərin təhlili üzrə fəaliyyətin optimallaşdırılmasına xidmət edəcək texniki həllərin qurulması üzrə həyata keçirilmiş və nəzərdə tutulmuş işlər müzakirə edilib.

Müzakirələr zamanı müvafiq həllin ilkin konsepsiyası dəstəklənib, aidiyyəti prosedurlara başlanılması, hüquqi-tənzimləyici bazanın formalaşdırılması istiqamətində də işlərin görülməsinə başlanılması barədə qərar qəbul edilib.

Eyni zamanda, iclasda “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib. Müzakirələrin yekununda hesabatın təsdiq olunmasına və aidiyyəti üzrə təqdim edilməsinə dair qərar qəbul olunub.

Sonra Hesablama Palatasının fəaliyyəti ilə bağlı gündəlikdə dayanan digər məsələlərə baxılıb.