Dəməşq yaxınlığındakı Müqəddəs Elias kilsəsində partlayış nəticəsində azı 20 nəfər ölüb, 51 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ibadət ocağına daxil olan terrorçu özünü partladıb.
Hadisə şahidlərinin yerli televiziyaya verdiyi məlumata görə, hadisə vaxtı kilsədə olanlar binaya silahlı şəxsi saxlamağa cəhd ediblər. Bu zaman o, özünü partladıb.
Terror aktı nəticəsində tarixi kilsəyə də ciddi ziyan dəyib.
*** 20:57
Dəməşqin xristianların məskunlaşdığı Duveyla bölgəsində güclü partlayış baş verib.
"Unikal" xəbər verir ki, partlayış "Həvari Pavel" kilsəsi yaxınlığında baş verib. Azı 15 nəfər ölüb, 30-dan çox isnan yaralanıb.
Hadisə yerinə təcili yardım maşınları yönlənib.