İran prezidenti Məsud Pezeşkian Qətər əmiri Təmim Əl Tani ilə söhbətində bildirib ki, əmirlik İslam Respublikası üçün həmişə qardaş ölkə olacaq.
"Unikal" xəbər verir ki, bu barədə əmirin ofisi məlumat yayıb.
"O, Qətər dövlətinin qonşu müsəlman və qardaş ölkə olaraq qalacağını vurğulayıb və iki ölkə arasında münasibətlərin hər zaman dövlətlərin suverenliyinə hörmət və mehriban qonşuluq prinsipləri üzərində qurulacağına ümid etdiyini bildirib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, İran dünən Qətərdə yerləşən ABŞ hərbi bazalarını bombalayıb.