Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Onlardan biri hazırda MN-in Katibliyinin rəisi olan Elnur Kazımovdur.

"Unikal"ın məlumatına görə, Elnur Kazımov əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, o, hərbi prokurorun sabiq müavini ədliyyə general-mayoru Rasim Kazımovun qardaşıdır.