Dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında qida sektoru üzrə Məşvərət Şurasının onlayn formatda növbəti iclası keçirilib.
Bu barədə "Unikal"a Agentlikdən məlumat verilib.
Bildirilir ki, iclasda Məşvərət Şurasının üzvləri ilə prioritet mövzulara dair məsləhətləşmələr aparılıb, Şuranın təşkilati və gələcək iş planına dair məsələlər nəzərdən keçirilib. Daha sonra “Bitki sağlamlığı haqqında” qanun barədə təqdimat edilərək, layihənin bitkiçilik məhsullarının məhsuldarlığının artırılması, xarici bazarlara çıxışı üçün yeni imkanlar açacağı bildirilib. Eyni zamanda iclasda qida məhsullarının laborator müayinələrinin müddəti və risklərin qiymətləndirilməsi, yüksək riskli məhsulların satış şəbəkələrinə çıxışını tənzimləmək üçün qablaşdırma və markalanma ilə bağlı müzakirələr aparılıb, qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.