Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35-lərin Ankaraya təhvil verilməsini müzakirə etdiyini bildirib.
"Unikal" xəbər verir ki, o qeyd edib ki, ABŞ prezidenti bu məsələyə müsbət münasibət nümayiş etdirib. "Trampla görüşdə S-400 məsələsini müzakirə etmədik. Bu məsələ bizim üçün qapalıdır", - Ərdoğan qeyd edib.
Ərdoğan əlavə edib ki, Türkiyə Britaniya və Almaniya ilə Eurofighter qırıcılarının alınması ilə bağlı danışıqları davam etdirir və bu prosesdə də müsbət irəliləyişlər var.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə regional və qlobal nəticələrə səbəb olub. Rusiya ilə Ukrayna arasında atəşkəs və davamlı sülhün əldə edilməsi üçün fürsət pəncərəsi açılıb və Türkiyə ədalətli və davamlı sülh əsasında buna son qoymaq üçün səylərini davam etdirir.
türkiyə lideri bildirib ki, İsrailin təhlükəsizliyi bütün region ölkələrinin təhlükəsizliyi kimi qonşularının sabitlik, sülh və rifahından asılıdır.
“İsrail və İran arasında hərbi eskalasiya regionu çox ciddi risklər astanasına qoyub, Türkiyə böhranın əvvəlindən fəal şəkildə diplomatik təmaslardadır. İranla fikir ayrılıqlarının uzunmüddətli həlli diplomatiya və danışıqlar yolu ilə mümkündür, regionda çoxlu nümunələr var ki, müharibə və dağıntılar heç nəyə gətirib çıxarmır”, - deyə Ərdoğan fikrini yekunlaşdırıb.