ABŞ-ın ev sahibliyi etdiyi futbol üzrə klublararası dünya çempionatında növbəti oyunlar keçirilib.
"Unikal" xəbər verir ki, E və F qruplarında ümumilikdə 4 qarşılaşma baş tutub.
E qrupunda "İnter" "River Pleyt"ə 2:0, "Monterrey" isə "Urava Reds"ə 4:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra İtaliya və Meksika təmsilçiləri 1/8 finala vəsiqə qazanıblar.
F qrupunda isə "Mamelodi Sandaunz"la qolsuz heç-heçə edən "Fluminense" və "Ulsan"a minimal hesabla qalib gələn "Borussiya Dortmund" pley-off mərhələsinə yüksəlib.
Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.