İranın ali dini lideri Ayətullah Əli Xamenei İslam Respublikası 12 günlük münaqişədən sonra İsrail üzərində qələbə qazandığını açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb. 

"Mən İran xalqını  İsrail rejimi üzərində qələbə münasibəti ilə təbrik edirəm", - postda deyilir.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Am Kelavi” əməliyyatına başlayıb. İran “True Promise 3” əməliyyatı ilə İsrailə cavab verib. 

***

İranın ali dini lideri Ayətullah Əli Xamenei İslam Respublikası xalqına televiziya ilə müraciət edəcək.

"Unikal" xəbər verir ki, bu  barədə İRNA məlumat yayıb. 

"İranın ali dini lideri Ayətullah Xameneinin üçüncü xalqa meüraciəti birazdan açıqlanacaq", - bəyanatda deyilir.

Bundan əvvəl Əli Xamnenei bəyan etmişdi ki , Tehran aqressivlik nümayiş etdirməyib və ona qarşı nümayiş etdirilməsinə imkan verməyəcək.