Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) və Polisi təhlükəsizlik mülahizələrinə əsaslanaraq və vəziyyətin mümkün və məqsədyönlü şəkildə gərginləşməsinin qarşısını alaraq, Ana Taxt kilsəsinin ərazisindən geri çəkilmək barədə qərar qəbul edib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə MTX məlumat yayıb. 

Qeyd olunub ki, 2025-ci il iyunun 27-də arxiyepiskop Mikayel Ajapahyanın (Gevorq Artaşes Ajapahyan) Müqəddəs Eçmiədzin Ana taxt-tacının ərazisindən həbs edilməsi barədə qərarın icrası zamanı vətəndaşların toplaşması qeydə alınıb. 

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti bütün vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və hüquq-mühafizə orqanlarının qanuni qərarlarının icrasına mane olmamağa çağırıb: "Biz arxiyepiskop Mikayel Ajapahyanı hüquq-mühafizə orqanlarından gizlənməməyə və özünü onu gözləyən Milli Təhlükəsizlik Xidmətinin əməliyyat qrupuna təqdim etməyə çağırırıq". 

Ağarza Elçinoğlu