Fərhad Əliyev əfv ərizəsi yazdı
11:40 06-09-2013
CƏMİYYƏT
Fərhad Əliyev əfv ərizəsi yazdı
“Fərhad və Rafiq Əliyevlərin əfv müraciətinə baxılacaq”
Keçmiş nazir Fərhad Əliyev əfv ərizəsi yazdı. Qeyd edək ki, bundan öncə F. Əliyev həm də president İlham Əliyevin prezident seçkilərində namizədliyini müdafiə edəcəyini bildirmişdi. O,zaman Fərhad Əliyevin çağırışına hakim dairədən reaksiya gəlməsədə bu dəfə əfv ərizəsinə reaksiya verldi.
“Əfv haqqında əsasnaməyə uyğun olaraq hər bir məhkum müəyyən müddət cəza çəkəndən sonra əfvlə bağlı ölkə prezidentinə müraciət etmək hüququna malikdir. Bu halda bütün müvafiq sənədlər və məhkumun ərizəsi aidiyyəti üzrə Prezident Administrasiyasının əfv üzə sektoruna göndərilir”.
Bunu açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfv ərizəsi yazması xəbərinə münasibət bildirərkən deyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından isə
Fərhad Əliyev, qardaşı Rafiq Əliyev və anaları Şövkət Əliyevanın prezident İlham Əliyevə əfvlə əlaqədar ünvanladıqları məktubun komissiyaya daxil olduğu bildirilib.
Məlumata görə, Fərhad və Rafiq Əliyev qardaşlarının əfv olunması xahişi barədə məktuba komissiyada baxılaraq araşdırılacaq.
Qeyd edək ki, Fərhad və Rafiq Əliyev qardaşlarının vəkilləri Elton Quliyev aznews.az saytına Əliyev qardaşlarının əfvlə bağlı müraciət etdiklərini deyib. Vəkil APA-ya açıqlamasında da bu məlumatı təsdiqləyib.
F. Əliyevin digər vəkili Muxtar Mustafayev də açıqlamasında Əliyev qardaşlarının və analarının əfv ərizəsi yazdıqlarını bildirib.
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22