"Atletiko" növbəti transferini reallaşdırıb.

"Unikal" xəbər verir ki, Madrid klubu Aleks Baena ilə müqavilə bağlayıb.

Madridlilər 23 yaşlı yarımmüdafiəçiyə görə "Vilyarreal"a 45 milyon avro ödəniş edib. Daha 5 milyon avro bonus ödəniləcək. Alekslə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Baena ötən mövsümdə 33 matçda 7 qol vurub, 10 ötürmə verib.