“Kəpəz” komandası belaruslu futbolçusu ilə sağollaşıb.

"Unikal" xəbər verir ki, bölgə təmsilçisi müqaviləsi başa çatan futbolçu Yeqor Xvalko ilə yollarını ayırıb.

Belaruslu müdafiəçi son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb.

28 yaşlı oyunçu komandanın heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.