“Qarabağ”ın əvəzedici komandasında məşqçi dəyişikliyi olub.

"Unikal" xəbər verir ki, Ağdam klubunun sabiq kapitanı Maksim Medvedev əvəzedici komandanın baş məşqçisi təyin olunub.

Qeyd edək ki, Maksim ötən mövsüm U-14 komandasında köməkçi məşqçi işləyirdi. O, bu vəzifədə həmin komanda ilə çempion olmuşdu.