“Monako” Pol Poqba ilə müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə bağlanan sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Poqba daha əvvəl “Mançester Yunayted” və “Yuventus”da çıxış edib. O, Avropa Liqasının qalibi, İtaliya çempionatının 4 qat qalibi, İtaliya Kubokunu 2 dəfə, İtaliya Superkubokunu isə 3 dəfə qazanıb. Fransa millisində 2018-ci ildə dünya çempionu, Millətlər Liqasının qalibi və Avropa çempionatının vitse-çempionu olub.

Qeyd edək ki, dopinqə görə verilmiş 4 illik diskvalifikasiyası 18 aya endirilən Poqba cəzasını bu ilin mart ayında başa vurub.