“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq. 

"Unikal" xəbər verir ki, Azərbaycan kubokunun qalibi  Sloveniyada Rumıniyanın “Rapid” klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın "Sabah"da ilk oyunu olacaq.