Qaxda it iki şəxsə ağır xəsarətlər yetirib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində baş verib. Belə ki it kənd sakinləri Fəxrəddin və Məhəmmədə hücum edərək onlara ağır xəsarətlər yetirib.

Yaralılar dərhal Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Fəxrəddinin vəziyyəti ağır olduğundan təcili əməliyyat edilib. Hazırda hər iki şəxsə tibbi yardımlar göstərilir.

Seymur Əli