Türkiyənin meşə yanğınları ilə mübarizə apardığı bir vaxtda İzmirin Menderes və Seferihisar məhəllələri arasında baş verən meşə yanğınının vurduğu ziyanın görüntüləri ortaya çıxıb
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın Doğankent sahəsini də əhatə edib və evlərin boşaldılmasına səbəb olub. 16 saat davam edən yanğında bir çox ev yararsız hala düşüb.
Sözügedən ərazilərdən görüntüləri təqdim edirik.
Qeyd edək ki, Türkiyənin bir çox yerlərində, o cümlədən, Antalya və İzmir şəhərlərində meşə yanğınları baş verib.