“Kəpəz” daha üç futbolçu ilə yollarını ayırıb.
Klubdan "Unikal"a verilən məlumata görə, müqavilələri başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk ediblər.
Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxıb və 2 qol vurub, 2 assistlə yadda qalıb. Turandan fərqli, "Kəpəz"də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə Gəncə təmsilçisinin heyətində 28 görüşdə 2 dəfə fərqlənib. İcarə əsasında çıxış etmiş Camal Cəfərov da "Kəpəz"də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 qarşılaşmada 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov "sarı-göylər"lə 11 oyuna çıxıb.
Qeyd edək ki, “Kəpəz” daha əvvəl 8 futbolçu ilə əməkdaşlığa son qoyub.