İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç klublararası dünya çempionatındakı məğlubiyyətdən sonra ABŞ-ın “İnter Mayami” klubunun üzvlərini tənqid edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, vaxtilə MLS-də “Los-Anceles Qelaksi”nin formasını geyinmiş veteran hücumçu Lionel Messinin komanda yoldaşlarını heykələ bənzədib.
“Məğlub olan Messi yox, “İnter Mayami” oldu. Leo komanda yoldaşları ilə deyil, heykəllərlə oynayır. O, elə futbolçularla əhatə olunub ki, sanki içi sementlə dolu olan torbaları daşıyırlar. Bu, mənim tanıdığım Messi deyil. Amma onu əsl komandaya versəniz, yenə də stadionu alovlandıracaq”, – deyə Z. İbrahimoviç bildirib.
Qeyd edək ki, 1/8 finalda Fransanın PSJ klubuna 0:4 hesabı ilə uduzan “İnter Mayami” turnirlə vidalaşıb. 1/4 finala yüksələn Paris təmsilçisi bu raundda Almaniya nəhəngi “Bavariya” ilə qarşılaşacaq.