Türkiyəli iş adamı Sadəttin Saran “Fənərbağça”nın prezidenti vəzifəsinə namizədliyini açıqlayıb.
"Unikal" xəbər verir ki, 61 yaşlı funksioner komandanın tezliklə çempionluqlar əldə etməsi üçün keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəldiyini söyləyib.
“Fənərbağça” təkcə basketbolda deyil, digər idman növlərində də qazandığı uğurları ilə dünyanın ən böyük idman klublarından biridir. Bu səbəbdən futbol komandamızın da hər zaman zirvədə olması vacibdir. Dostlarımızla birlikdə bu böyük məsuliyyəti üzərimizə götürməyə hazırıq. Heç bir azarkeşimizin bu məsələ ilə bağlı ən kiçik tərəddüdü olmasın”, - deyə Sadəttin Saran bildirib.
Qeyd edək ki, hazırda “Fənərbağça”nın prezidenti Ali Koçdur. Seçkilər bu ilin sentyabr ayında keçiriləcək.