Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəəsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin dəqiqləşdirilməyən anket məlumatları tamamlandıqdan sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev də həmin tarixdə saxlanilaraq eyni maddə ilə ilə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Seymur Əli