"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanda baş verənlərlə bağlı dəyərləndirmələri reallığa uyğun gəlmir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. 

XİN rəhbəri rusiyalı həmkarının mətbuat konfransı zamanı bəyanatına cavabında vurğulayıb ki, Lavrovun işlətdiyi “hakimiyyətin kilsəyə qarşı mübarizəsi” ifadələri reallığa uyğun gəlmir: "Demək istəyirəm ki, cənab Lavrovun məlumatları düzgün deyil və natamamdır. Səhv etmirəmsə, cənab Lavrov "hakimiyyətin kilsəyə qarşı mübarizəsi" ifadəsini işlədib. Bir daha qeyd etməliyəm ki, onun məlumatları reallığa uyğun deyil. Ermənistanda hakimiyyətin kilsəyə qarşı mübarizəsi yoxdur. Cənab Lavrov yəqin ki, nəzərdə tutduğu şey bəzi kilsə ruhanilərinin Ermənistan Respublikasının siyasətinə qarışmaq, siyasi proseslərdə iştirak etmək və bizim hüquq-mühafizə orqanlarının fikrincə, bu iştirakı qanun çərçivəsindən kənarda həyata keçirmək, xüsusən də qanunsuz çevriliş cəhdlərində iştirak etmək və ya təşəbbüs göstərmək istəyidir. 

Cənab Lavrov, Ermənistan Respublikasının daxili işlərinə qarışmamaq daha yaxşıdır".

Ağarza Elçinoğlu