Milli Şura - sonun başlanğıcı
11:43 06-09-2013
CƏMİYYƏT
Milli Şura - sonun başlanğıcı
Radikal müxalifəti birləşdirən Milli Şuranın aqibəti barəd çox yazılıb. Və bir daha təəsüflə qeyd edək ki, bu proqnozlar düzgün çıxdı. Ona görə təəssüflə ki, məşhur bir kəlamda deyildiyi kimi, “Güclü müxalifəti olan cəmiyyətin iqtidarı da güclü olur”.
Milli Şuranın üzvü, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Milli Şuranın sonuncu sessiyasına qatılmamasına münasibət bildirərkən deyib ki, “Milli Şura daxilində müəyyən destruktiv qüvvələr var. Həmin qüvvələr Milli Şuranın ümumi işinə mane olur. Bu, onların xislətindən irəli gəlir, başqa cür davrana bilmirlər”.
Cümhuriyyət Xalq partiyasının sədri Bədrəddin Quliyevin “Unikal“a bildirdiyinə görə, ”Mili Şuradakıların ilkin mərhələdə ən böyük şansı ondan ibarət idi ki, Rüstəm İbrahimbəyova çox inamla yanaşır və hesab edirdilər ki, bu formatla hərəkət edib ölkədə hansısa dəyişikliklərə nail ola bilərlər. Rusiyada ilin əvəlində “Milyarderlər İttifaqının” yaradılmsı və “Azerros”un aktivləşməsi kimi məqamlar var. Moskva Azərbaycanın “Nabukko” layihəsinə maraq göstərməsindən ciddi narahat idi. Əsl həqiqətdə bir zamanlar həm hakimiyyət, həm də mətbuat Almaniyanın xarici işlər nazirini tənqid edirdilər. Almaniyada insan haqları məsələsi qabardıldı. Bu Norveçlə bağlı münasibətlərdə də özünü göstərirdi. Belə ziddiyyətlər müşahidə olunurdu. Amma sonradan vəziyyət dəyişdi. Azərbaycan “Nabukko”-dan imtina etdikdən sonra Almaniya TAP layihəsinə sahib çıxdı. Almaniyanın bu addımı Azərbaycan üçün manevr imkanları yaratdı. Rusiyanın Avropaya qaz ötürməsində əsas açar rolunu Almaniya oynayır. Hətta Rusiya özünün slavyan müttəfiqlərindən imtina edərək Baltik dənizinin altı ilə kəmər çəkdi. Faktiki olaraq, Rusiya Ukrayna və Belorusu oyundankənar vəziyyətdə saxladı. Eyni zamanda Rusiya Yaxın Şərqdə zəiflədikdən sonra bizim regionda güclənmək qərarı verdi”.
Partiya sədri hesab edir ki, “Azərbaycan faktiki olaraq, Rusiya və Almaniya arasında manevr etdi. Rusiya son addımları və ssenariləri ilə Azərbaycana təzyiqlər etmək və nə isə qoparmaq istəyirdi. Bu maraqlar qarşılıqlı şəkildə təmin edildikdən sonra Milli
Şuraya Rusiya tərəfindən əvvəlki kimi dəstək olmadı və artıq proseslər dalana dirənib. Amma yuxarıda da vurğuladığım kimi, Milli Şuradakıların gözləntiləri gerçəkləşmədi. Buna görə də sonradan Müsavatın başqanı bəyanat verdi ki, “Bizim elə bir şansımız yoxdur”. Bu da ondan irəli gəlir ki, Qərb dövlətləri Azərbaycandakı status-kvonun dəyişilməsini istəmir. Radikal müxalifətin digər böyük səhvi zamanca xeyli itkiyə yol verməsi oldu. Çox yox, cəmi bir həftə bundan əvvəl radikal müxalifətin konkret namizədi hələ məlum deyildi. Amma prezident seçkiləri kimi ciddi və ağır bir siyasi marafona bir il əvvəldən hazırlaşmaq lazım idi”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının “Unikal”a söylədiyinə görə, “Milli Şuranın liderləri Azərbaycanın problemlərinə münasibətdə konstruktiv şəkildə davranmağı bacarmırlar. Hesab edirəm ki, bu siyasətçilər özlərinin real imkanlarını düzgün qiymətləndirmirlər. Belə olmasaydı, onlar indiki uğursuz duruma düşməzdilər. Bunu da nəzərə almaq lazımdır ki, müxalifətin Milli Şurada təmsil olunmayan hissəsi də var və bu qurumlar da müəyyən gücə malikdir. Amma ümumən bu qurumların heç biri gözə çarpacaq dərəcədə gücə, sosial bazaya malik deyil. Nisbətdə yanaşanda bu qurumda təmsil edilən siyasi qüvvələrin gücü çox zəifdir. Bununla belə, Milli Şurada gedən proseslər heç də xoşagələn proseslər deyil. Siyasi partiya beş ildən bir keçirilən seçkilərdə nəyə qadir olduğunu ortalığa qoymalıdır. Bu da hiss olunur ki, bu qurumun daxilində müəyyən qruplar var ki, aşkarca xarici maraqları təmsil edir. Mənim isə Milli Şuradan istəyim budur ki, qoy əvvəlcə onlar Qarabağ münaqişəsi ilə bağlı konsepsiyasını hazırlasınlar, sonra buna münasibətimizi açıqlayaq. İstəyirik ki, niyyət xoş olsun. Bu qurumun lideri Rüstəm İbrahimbəyov vaxtilə ermənipərəst mövqe nümayiş etdirib. Fikirləşirlər ki, daxildə hər hansı sorun həll olunsa, Qarabağ münaqişəsi də öz-özünə çözüləcək. Bu kökündən yanlış mövqedir və ermənilərin maraqlarına xidmət edir. Hesab edirəm ki, milli mövqe ortaya qoyulmalıdır”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33