Aİ Ermənistanla bütün sahələrdə tərəfdaşlığı daha da dərinləşdirməyə hazırdır.

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas bəyan edib. 

Avropa İttifaqının ali nümayəndəsi Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdə qeyd edib ki, Ermənistan və Avropa İttifaqı heç vaxt bir-birinə indiki qədər yaxın olmayıb. Kallas bəyan edib ki, Avropa İttifaqı Ermənistanla bütün sahələrdə tərəfdaşlığı daha da dərinləşdirməyə hazırdır.